Qubada “Xalqımızın birliyinin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Qubada “Xalqımızın birliyinin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
21 yanvar 2026-cı il tarixdə Quba rayon Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Xalqımızın birliyinin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, DQİDK-nin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş üzrə sektorunun müdiri Mənsur Ağayev, Quba rayon Alekseyevka kənd tam orta məktəbinin direktoru Sevil Allahverdiyeva, məktəbin psixoloqları və şagirdləri iştirak etmişdir.
Tədbirdə “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş olunmuş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxışlar zamanı qeyd olunmuşdur ki, hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir. Təqdirəlayiqdir haldır ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Məlumat verilmişdir ki, xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu gün də davam etdirilir. Əsrlər boyu azərbaycanlılar dünya xalqları arasında humanist milli-mənəvi dəyərləri ilə tanınıblar. Xalqımız həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətləri, adət-ənənələri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Xalqımızın milli birliyinin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolu danılmazdır.








