Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada “Xocalı soyqırımı - bəşər tarixinin dəhşətli faciəsi” mövzusunda dəyirmi masa keçirilib.

26 fevral 2025 | 15:14

Qubada “Xocalı soyqırımı - bəşər tarixinin dəhşətli faciəsi” mövzusunda dəyirmi masa keçirilib.

 

26 fevral 2025-ci il tarixdə İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzində Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin və Qafqaz Müsəlmanları İdarəsinin Quba və Qusar rayonları üzrə qazılığının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - bəşər tarixinin dəhşətli faciəsi” mövzusunda dəyirmi masa keçirilib.

 Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Qafqaz Müsəlmanları İdarəsinin Quba və Qusar rayonları üzrə qazısı Naib Səttarov, rayonun din xadimləri və dini icma sədrləri iştirak edib.

Çıxışlarda XX əsrin əvvəllərində ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların davamı olan Xocalı soyqırımın Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğu bildirilərək qeyd olundu ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu gün dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri bu qırğın soyqırımı aktı kimi tanınır. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu qanlı hadisəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirib. Artıq bu təbliğat kampaniyası Amerika, Avropa, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir. Bildirildi ki, 2020-ci il xalqımızın başına gətirilən faciələrin qisasının alındığı il oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gündə parlaq Qələbəyə imza atdı, ərazi bütövlüyümüz təmin olundu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Prezident cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı.

 

#XocalıSoyqırımı #KhojalyGenocide

#JusticeForKhojaly #XocalıyaƏdalət

Keçidlər