Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada "Xocalı Soyqırımı: insanlıq əleyhinə cinayət" mövzusunda tədbir keçirilib.

25 fevral 2025 | 17:12

Qubada "Xocalı Soyqırımı: insanlıq əleyhinə cinayət" mövzusunda tədbir keçirilib.

25 fevral 2025-ci il tarixdə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının,  Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal Regional Mərkəzinin və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə "Xocalı soyqırımı: insanlıq əleyhinə cinayət" adlı hibrid formatda anım tədbiri keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov, Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru professor Qasım Hacıyev, Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova və Kompleksin əməkdaşları və mədəniyyət işçiləri iştirak etmişdir.

Çıxışlarda vurğulanmışdır ki, Xocalı hadisələri mülki əhalinin tamamilə məhv edilməsi məqsədilə həyata keçirilmiş soyqırımı aktıdır. Xocalı Soyqırımı tarixi faktlarla sübut olunmuş və erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı məqsədyönlü etnik təmizləmə siyasətinin ən dəhşətli nümunələrindən biridir.

Xocalı Soyqırımının beynəlxalq arenada tanıdılması məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən diplomatik və hüquqi istiqamətli işləri tədbir iştirakçılarının diqqətinə çatdırmış, xüsusilə "Xocalıya Ədalət" kampaniyasının önəmi vurğulayaraq Azərbaycanın bir sıra ölkələrdə bu hadisənin soyqırımı kimi tanınmasına nail olduğunu bildirmişdir.

Keçidlər