Qubada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Nə? Harda? Nə zaman? intelektual yarışın qrup oyunları keçirilib.
19 oktyabr 2024 | 15:37
Qubada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Nə? Harda? Nə zaman? intelektual yarışın qrup oyunları keçirilib.
19 oktyabr 2024-cü il tarixdə Şahdağ Quba Truskavets Otelində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Nə? Harda? Nə zaman? intellektual yarışın qrup oyunu keçirilmişdir. Yarışın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadə, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova və YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova komandalara uğurlar arzulamış, qeyd etmişlər ki, Yeni Azərbaycan Partiyasının sıralarında intellektual gənclər ordusunun olması çox sevindiricidir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, gənclər bizim gələcəyimizdir. Vurğulanmışdır ki, bu yarışa qatılan hər bir gənc özünü qalib hesab edə bilər. Belə intellektual yarışlarda təmsil olunmaq Ulu Öndər Heydər Əliyev ideyalarına, Prezident cənab İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə olan inamın ifadəsidir.
Bakı şəhəri Səbail və Yasamal rayonlarının, Sumqayıt şəhərinin, Abşeron, Qubadlı, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının komandalarının iştirak etdiyi bilik yarışında, gərgin mübarizənin nəticəsi olaraq 1-ci yeri Yasamal rayonunun komandası, 2-ci yerləri isə Quba və Siyəzən rayonlarının komandaları tutmuşdur. Qubada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Nə? Harda? Nə zaman? intelektual yarışın qrup oyunları keçirilib.