Şriftin ölçüsü :

Saytın rəngi :

Qubada yeni asfalt-beton zavodu istifadəyə verilmişdir.

28 oktyabr 2022 | 15:31

28 oktyabr 2022-ci il tarixdə Quba rayonunun Amsar kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “11 Nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin asfalt-beton zavodunun açılış mərasimi keçirilmişdir. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Mərasimdə həmçinin tanınmış jurnalist Aytəkin Alxaslıya əmək fəaliyyətinə başlamasının 35 illiyi və mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyə təqdim edilmişdir.

Keçidlər