Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadan Türkiyə Respublikasına qardaş dəstəyi.

14 fevral 2023 | 18:45

14 fevral 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Quba şəhərindəki Azərbaycan - Türkiyə Qardaşlıq Parkında 6 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə köməklik göstərilməsi məqsədilə Quba Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən yardımın yola salınması mərasimində iştirak etmişdir. Mərasimdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların, həmçinin rayonun idarə və müəssisələrinin rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Keçidlər