Quba–Qonaqkənd–Muçu yolunda yaranmış vəziyyətlə əlaqədar, yaxınlıqda alternativ yolun çəkilişinə başlanılmışdır.
11 aprel 2026 | 09:47
Quba–Qonaqkənd–Muçu yolunda yaranmış vəziyyətlə əlaqədar, yaxınlıqda alternativ yolun çəkilişinə başlanılmışdır. Hazırda ərazidə xüsusi texnikalar və işçi qüvvəsi cəlb olunaraq torpaq işləri aparılır, yol yatağı hazırlanır və hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.
Müvafiq qurumlar tərəfindən görülən işlərin qısa müddətdə yekunlaşdırılması və vətəndaşların rahat gediş-gəlişinin bərpa olunması nəzərdə tutulur. Əlavə olaraq, sürücülərdən və ərazidən istifadə edən vətəndaşlardan müvəqqəti çətinlikləri nəzərə almaları, təhlükəsizlik qaydalarına riayət etmələri və aidiyyəti qurumların göstərişlərinə əməl etmələri xahiş olunur.








