Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan ayı münasibətilə Qubada iftar mərasimi təşkil olunub.

28 mart 2025 | 21:36

28 mart 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə Quba şəhərindəki “Nərgiz Plaza” şadlıq sarayında iftar mərasimi təşkil olunmuşdur. İftar mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, şəhid ailələri, qazilər, veteranlar, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, bir qrup din xadimi, ictimaiyyət nümayəndələri və aztəminatlı şəxslər iştirak etmişdir.

Tədbirdə milli-mənəvi dəyərlərimizə və Ramazan ayına həsr olunmuş film nümayiş olunmuş, din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunmuş, şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilmiş, Ramazan ayının fəzilətlərindən danışılmışdır.

İftar mərasiminin sonunda şəhid ailələri ilə fikir mübadiləsi aparılmışdır.

Keçidlər