Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində quraşdırılmış “X band Turnkey Pro Solutions” doppler hava radarının açılış mərasimi olub.

01 fevral 2025 | 15:15

Rayon ərazisində quraşdırılmış “X band Turnkey Pro Solutions” doppler hava radarının açılış mərasimi olub.

1 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Quba rayonunun İkinci Nügədi kəndi ərazisində quraşdırılmış “X band Turnkey Pro Solutions” doppler hava radarının açılışı və rayonun Xucbala kəndi yaxınlığında qapalı kök sistemində olan palıd cinsli ağacların əkilmə aksiyası keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadə, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin, Şimal-Şərq Regional Hidrometeorologiya müəssisəsinin rəhbərləri və əməkdaşları iştirak etmişdir.
Məlumat üçün qeyd edirik ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq rayonun İkinci Nügədi kəndi ərazisində quraşdırılmış 1 dəst Çexiya istehsalı “X band Turnkey Pro Solutions” doppler hava radarı Quba rayonu və ətraf ərazilərdə meteoroloji təhlükəsizliyin təmin olunmasına xidmət edəcək və hava radarı vasitəsilə 100-150 kilometr radiusda güclü qasırğa, leysan və dolu kimi təhlükəli atmosfer hadisələri müəyyən edilməklə, sözügedən hadisələrin bir neçə saat əvvəlcədən baş verə biləcəyinə dair erkən xəbərdarlıq məlumatları hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunacaqdır.

Keçidlər