Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov Quba şəhəri ilə tanış olmuşdur.

04 sentyabr 2023 | 22:22
4 sentyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuş, daha sonra Quba rayon Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Bayraq muzeyi, “Bayraq meydanı” kompleksi ilə tanış olmuş, sonra isə rayonun Şəhidlər Xiyabanını ziyarət etmiş, “Şəhidlər muzeyi” ilə tanış olmuşdur.
Ardınca Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov rayonda inşa edilən Quba “DOST” Mərkəzi, Quba Peşə Hazırlığı Mərkəzi və Peşə Hazırlığı Mərkəzinin emalatxana binasının tikinti işlərinin gedişi ilə, o cümlədən Quba şəhərindəki Nizami adına mədəniyyət və istirahət parkı, Azərbaycan - Türkiyə Qardaşlıq parkı ilə tanış olmuş, Quba şəhərində “Soyqırımı memorial kompleksi”ni ziyarət etmiş, əhali ilə söhbətlər aparmış və Quba şəhərinin bir sıra küçələrinə baxış keçirərək aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını vermişdir.
Keçidlər