Rayon İcra Hakimiyyətində Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və Olimpiya çempionları ilə görüş keçirilib.
Rayon İcra Hakimiyyətində Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və Olimpiya çempionları ilə görüş keçirilib.
6 iyul 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətində Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və Olimpiya çempionları ilə görüş keçirilmişdir.
Görüşdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Priyev, Olimpiya çempionları Fərid Mansurov və Namiq Abdullayev, həmçinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi iştirak etmişdir.
Görüş zamanı Quba rayonunda güləş idman növünün inkişafı, uşaq və gənclərin idmana marağının artırılması, perspektivli idmançıların üzə çıxarılması və bu istiqamətdə gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Çıxışlarda ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə idman sahəsində həyata keçirilən uğurlu siyasətin nəticələrindən bəhs olunmuş, qeyd edilmişdir ki, güləş idman növünün inkişafı, sağlam həyat tərzinin təbliği və gənclərin idmana cəlb olunması istiqamətində birgə fəaliyyətin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonda qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış və xatirə şəkli çəkdirilmişdir.








