Rayon İcra Hakimiyyətində Quba rayonunda 2025-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
16 yanvar 2026 | 18:05
Rayon İcra Hakimiyyətində Quba rayonunda 2025-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
16 yanvar 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin akt zalında Quba rayonunda 2025-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əlibala Məhərrəmzadə, Anatoliy Rafailov və Müşfiq Məmmədli, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon İcra Hakimiyyətinin başçısı yanında şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Yığıncaqdan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.
Yığıncağın rəsmi açılışı ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Quba rayonunda 2025-ci ildə görülmüş işlər və əldə edilmiş nailiyyətlərə həsr olunmuş film nümayiş olunmuşdur.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Quba rayonunda 2025-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi yığıncaq iştirakçılarının diqqətinə çatdırılmışdır.
Məruzə ətrafında Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Seyidov, Quba-Xaçmaz Regional Məşğulluq filialının müdiri Cəfər Cəfərov və Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev çıxışlar edmişlər.
Daha sonra söz Milli Məclisinin deputatlarına və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədova verilmişdir.
Yığıncağın sonunda qərar layihəsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət oxunmuşdur.








