Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirildi
10 iyun 2026 | 14:06
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin, aparatın məsul əməkdaşlarının, eləcə də aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirilmişdir. Rayon sakinlərinin müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər ətraflı araşdırılmışdır. Vətəndaşların qaldırdıqları problemlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması və qanunvericiliyə uyğun qaydada həll olunması üçün nəzarətə götürülmüşdür.








