Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.

23 oktyabr 2024 | 15:24

Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən tədbirlər çərçivəsində, 23 oktyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının məsul işçiləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birgə vətəndaşların növbəti qəbulunu keçirmişdir.
Əvvəlki qəbullarda olduğu kimi Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların növbəti fərdi qaydada qəbulunda hər bir vətəndaş diqqətlə dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri ətraflı şəkildə izah olunmuşdur. Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün dərhal, digər qaldırılan məsələlərlə bağlı isə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər