Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Dağlı kəndində sakinlərlə görüşüb.

13 noyabr 2026 | 15:55
Rayon İcra Hakimiyyətinin başçısı Dağlı kəndində sakinlərlə görüşüb.
13 noyabr 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Dağlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, Quba rayonunda görülən abadlıq və quruculuq işləri, eləcə də əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə sakinlərə məlumat vermişdir.
Daha sonra kənd sakinlərinin müraciətləri və onları narahat edən məsələlər dinlənilmişdir.
Səyyar qəbuldan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Yaşar Xudayevin Dağlı kəndindəki bulaq-xatirə kompleksini, kəndin girişində və Dağlı kənd tam orta məktəbində yaradılmış Şəhid xatirə guşələrini ziyarət etmiş, önlərinə gül dəstələri düzmüşdür.
Keçidlər