Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Digah kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

05 noyabr 2026 | 14:58

Rayon İcra Hakimiyyətinin başçısı Digah kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

5 noyabr 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xucbala kənd inzibati ərazi dairəsinin Digah kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də Quba rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri, görülən işlər və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə ətraflı məlumat vermiş, daha sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin müraciətlərinə həssas yanaşılmasına, problemlərin həlli istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə etmişlər.
Səyyar qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Fərhad Həmzəyevin Digah kənd tam orta məktəbinin qarşısında ucaldılmış büstü önünə, həmçinin Digah kənd tam orta məktəbində yaradılmış Şəhid xatirə guşələrinin qarşısına gül dəstələri qoyaraq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişdir.

Keçidlər