Rayon İcra Hakimiyyətinin başçısı futbol üzrə Quba rayon birinciliyinin final oyununu izləmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı futbol üzrə Quba rayon birinciliyinin final oyununu izləmişdir.
5 iyun 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Quba rayonu Bağbanlı qəsəbə stadionunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə Quba rayon birinciliyinin final oyunu keçirilmişdir.
Bağbanlı qəsəbə stadionunda keçirilən final matçını Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rayon sakinləri izləyib.
Bir aya yaxın davam edən yarışın final qarşılaşmasında “Bağbanlı” və “Hacıhüseynli” komandaları qarşılaşıblar. Oyun bərabər bitdiyi üçün penalti seriyasında "Bağbanlı" komandası yarışın qalibi adına yiyələnib. Sonda qalib komandaya medal, kubok və fəxri fərmanlar təqdim olunub.