Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qırmızı Qəsəbə qəsəbəsində olmuşdur.
7 sentyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbədə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkdakı abidəsinin qarşısına gül dəstələri qoymuş, sonra Qırmızı Qəsəbədəki Şəhidlər bulaq-xatirə kompleksi ilə tanış olmuşdur. Qırmızı Qəsəbə ilə tanışlığı çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi, “Giləki”, “Altı Günbəz” sinaqoqları və tarixi “Tağlı körpü”, eləcə də Albert Agarunovun adını daşıyan küçə ilə tanış olmuş, qəsəbədəki “Ağsaqqallar klubu”nda qəsəbə icmasının üzvləri ilə görüş keçirmiş, ölkəmizdəki və Quba rayonundakı multikultural və tolerant mühit, həmçinin əsrlər boyu müxtəlif xalqların mehriban şəkildə birgəyaşayışı ilə bağlı geniş fikir mübadiləsi aparmışdır.
Qırmızı Qəsəbə sakinləri ilə keçirilən görüş zamanı onlar Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması münasibətilə təbrik etmiş, elə ilk günlərdən etibarən Qırmızı Qəsəbə və qəsəbə sakinlərinə göstərdiyi diqqətə görə təşəkkürlərini bildirmişlər.