Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Zərqava-Çiçi bələdiyyəsinin ərazisində fəaliyyət göstərən balıqçılıq təsərrüfatı ilə tanış olmuşdur.
27 avqust 2026 | 15:40
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” regionlarda bu sahənin yeni mərhələyə yüksəlməsinə geniş imkanlar açır.
Bu istiqamətdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Zərqava-Çiçi bələdiyyəsinin ərazisində fəaliyyət göstərən balıqçılıq təsərrüfatı ilə tanış olmuşdur. Görüş zamanı təsərrüfatın mövcud vəziyyəti, istehsal gücü, yeni texnologiyaların tətbiqi və gələcək inkişaf perspektivləri müzakirə edilmişdir. Dövlət Proqramının əsas hədəfləri – kənd təsərrüfatı məhsullarının keyfiyyətinin artırılması, ixrac potensialının genişləndirilməsi və ekoloji dayanıqlılığın təmin olunması – bu təsərrüfatın fəaliyyətində də öz əksini tapır.
Balıqçılıq və akvakultura sahəsinin inkişafı həm region əhalisinin məşğulluğuna, həm də yerli bazarın sağlam və ekoloji təmiz məhsullarla təmin olunmasına mühüm töhfə verir. Quba rayonunda bu sahənin genişləndirilməsi, yeni investisiya layihələrinin reallaşdırılması və müasir emal müəssisələrinin yaradılması Dövlət Proqramının prioritet istiqamətlərindən biridir.
Quba rayon İcra Hakimiyyəti bu sahədə fəaliyyət göstərən təsərrüfatlara dəstəyini davam etdirəcək, kənd təsərrüfatı və balıqçılıq sahələrinin inkişafı üçün bütün imkanlardan istifadə olunacaq.








