Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Quba rayonunun Paşaoba kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

22 oktyabr 2026 | 17:37

Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların səyyar qəbulunu keçirib.
22 oktyabr 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vəlvələ kənd inzibati ərazi dairəsinin Paşaoba kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba Rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba Rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Paşaoba kəndində yaradılmış Şəhidlər xatirə guşəsinin və Paşaoba kənd tam orta məktəbinin önündə qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Mehman Zöhrabovun büstünün qarşısına gül dəstələri düzmüşdür.

Keçidlər