Rayon İcra Hakimiyyətinin başçısı Quba şəhərində yeni açılmış ticarət mərkəzi ilə tanış olub.
Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də respublikamızın regionlarında uğurla aparılan siyasətin nəticəsində ticarət mərkəzləri kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir.
Bu qəbildən olan tədbirlərin davamı olaraq bir müddət əvvəl Quba şəhərinin Heydər Əliyev prospektində ticarət mərkəzi fəaliyyətə başlamışdır. 5 iyun 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ticarət mərkəzində yaradılan şəraitlə yerində tanış olmuşdur.
Qeyd olunmuşdur ki, rayonda məşqulluğun təmin olunması və sahibkarlığın inkişafı baxımından uğurla qarşılanan ticarət mərkəzində 350 nəfərdən artıq rayon sakini işlə təmin olunmuş, minimum əmək haqqı isə 450 manat məbləğində müəyyənləşdirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı ticarət mərkəzinin fəaliyyətinə uğurlar arzulamışdır.