Rayon İcra Hakimiyyətinin başçısı sel sularının yaratdığı fəsadlarla tanış olub.
Rayon İcra Hakimiyyətinin başçısı sel sularının yaratdığı fəsadlarla tanış olub.
25 iyun 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə son günlər yağan güclü leysan yağışları səbəbindən Cağacuq çayında suyun səviyyəsinin artması nəticəsində rayonun Rustov və Xanəgah kəndlərində sel sularının yaratdığı fəsadlar və onların aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, selin fəsadlarının qısa müddətdə aradan qaldırılması ilə bağlı aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlarını vermişdir.
Rayon ərazisində yağan güclü leysan yağışları nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində Quba rayon fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar komissiya və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.