Rayon İcra Hakimiyyətinin başçısı sel sularının yaratdığı fəsadlarla yerində tanış olub.
Rayon İcra Hakimiyyətinin başçısı sel sularının yaratdığı fəsadlarla yerində tanış olub.
2 aprel 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə son günlər yağan güclü leysan yağışları səbəbindən Cağacuq çayında suyun səviyyəsinin artması nəticəsində rayonun Rustov və Xanəgah kəndlərində sel sularının yaratdığı fəsadlar və onların aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı ərazi sakinləri ilə görüşmüş, selin fəsadlarının qısa müddətdə aradan qaldırılması ilə bağlı aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlarını vermişdir.
Leysan yağışları nəticəsində qeyd olunan istiqamətdə 3 körpü və təxminən 100 metr uzunluğunda asfalt örtüyü yararsız vəziyyətə düşmüş, bunun nəticəsində rayonun Xanəgah kəndinə giriş-çıxış xeyli çətinləşmiş, kənd əhalisinin rayon mərkəzi ilə əlaqəsi isə faktiki olaraq məhdudlaşmışdır.
Rayon ərazisində yağan güclü leysan yağışları nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində Quba rayon fövqaladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar komissiya və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.








