Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti səyyar vətəndaş qəbulu keçirilib.

15 oktyabr 2026 | 16:10

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti səyyar vətəndaş qəbulu keçirilib.

 

            15 oktyabr 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rustov kənd inzibati ərazi dairəsinin Qamqam kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.

            Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Qamqam kəndində inşa edilmiş Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirə-bulaq kompleksinin və Qamqam kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Mübariz Abdullayevin büstünün qarşısına gül dəstələri düzmüşdür.

            Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

            Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə, vətəndaşların müraciəti əsasında Qamqam kənd tam orta məktəbinin mövcud vəziyyətinə təkrar baxış keçirmiş, aidiyyəti üzrə müraciət ediləcəyini bildirmişdir.

Keçidlər