Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iftar mərasimi təşkil olunmuşdur.

05 aprel 2024 | 22:07

5 aprel 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə “Nərgiz Plaza” şadlıq sarayında iftar mərasimi təşkil olunmuşdur. İftar mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Vahid Əhmədov, şəhid ailələri, qazilər, veteranlar, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, bir qrup din xadimi, ictimaiyyət nümayəndələri və aztəminatlı şəxslər iştirak etmişdir.

Tədbirdə iştirak edən din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunmuş, şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilmiş, Ramazan ayının fəzilətlərindən danışılmış, respublikamızın tanınmış muğam ustaları tərəfindən isə muğamlar və qəzəllər səsləndirilmişdir.

Keçidlər