Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərliyi Azərbaycan və Türkiyə milli amputant futbol komandası ilə görüşmüşdür.

22 may 2024 | 18:29

22 may 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov rayonumuzda təlim-məşq toplanışında olan Azərbaycan və Türkiyə milli amputant futbol komandasının üzvləri ilə görüş keçirmişdir. Görüşdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan və Türkiyə milli amputant futbol komandasının təlim-məşq toplanışını izləmiş və komanda üzvlərinə hədiyyələr təqdim etmişdir.

            Məlumat üçün bildiririk ki, Azərbaycan milli amputant futbol komandası 1-8 iyun 2024-cü il tarixlərində Fransanın Evian şəhərində təşkil olunacaq Avropa Çempionatının final mərhələsinə hazırlıq məqsədilə təlim-məşq toplanışları keçirir.

Keçidlər