Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda qanunsuz fəaliyyət göstərən karxanaların fəaliyyətləri saxlanılmış və onların inventar və avadanlıqlarının, eləcə də müvafiq texnikalarının sökülməsinə və ərazidən çıxarılmasına başlanmışdır.

20 oktyabr 2026 | 17:14
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudovun “ Quba rayonu üzrə qum-çınqıl karxanalarının fəaliyyətinin ətraflı araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə komissiyanın yaradılması haqqında” 9 oktyabr 2026-cı il tarixli Sərəncamına əsasən Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti təşkilatların məsul şəxslərindən ibarət geniş tərkibli komissiya tərəfindən rayon ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyəti ətraflı araşdırılmışdır.          Araşdırmaların nəticəsi olaraq fəaliyyətlərində qanunsuzluqlar aşkar edilmiş karxanalara rəsmi xəbərdarlıqlar təqdim edilmiş, onlara fəaliyyətlərinin tamamilə dayandıraraq əraziləri boşaltmaları tapşırılmışdır.                      Artıq rayonda qanunsuz fəaliyyət göstərən karxanaların fəaliyyətləri saxlanılmış və onların inventar və avadanlıqlarının, eləcə də müvafiq texnikalarının sökülməsinə və ərazidən çıxarılmasına başlanmışdır.          Qeyd olunan istiqamətdə işlərin qısa vaxt ərzində başa çatdırılması nəzərdə tutulur və bu barədə aidiyyəti şəxslərə bir daha ciddi xəbərdarlıq edilmişdir.
Keçidlər