Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

07 noyabr 2024 | 15:32

Rayonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

 

7 noyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə rayonun Barlı qəsəbəsinin ərazisində, institutun Zərdabi adına Elmi Təcrübə bazasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, institutun kollektivi və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.

Aksiya çərçivəsində ərazidə 2 minədən çox pavloniya tingi əkilmişdir. Qeyd edək ki, pavlovniya dünyada ən tez böyüyən ağaclardan biri olmaqla il ərzində bəzi növlərdən fərqli olaraq bir neçə dəfə daha çox biokütlə istehsal etmək bacarığına malikdir. Bu da öz növbəsində biokütlə istehsalı məqsədilə pavlovniya plantasiyalarının yaradılmasına marağın artmasına səbəb olmuşdur. Pavlovniya çirklənmiş havanı zərərli qaz və hissəciklərdən təmizləməyə kömək edir, o biri ağaclara nisbətən 10 dəfə çox CO2 udmaq bacarığına malikdir. Pavloniya ağacları böyük yarpaqları ilə fərqlənir. Onların diametri 45-75 santimetr olur, yarpaqları isə sürətlə böyüyür və CO2 emalının böyük həcminə malikdir. Belə ki, 1 ağacın çətiri 1 ildə ortalama olaraq 22 kq karbon qazı udaraq 6 kq oksiqen qazı buraxır.

 

 

Keçidlər