Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti geniş miqyaslı ağacəkmə aksiyası keçirilib.

25 oktyabr 2024 | 18:30

Rayonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti geniş miqyaslı ağacəkmə aksiyası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 25 oktyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba-Bakı magistral avtomobil yolunun Quba rayonunun ərazisindən keçən hissəsinin kənarında növbəti geniş miqyaslı ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadə, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, könüllülər, gənclər və tələbələr iştirak etmişdir.
Aksiyasında gün ərzində yerli iqlim şəraitinə uyğun ağac tingləri əkilmiş, aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparmış, yol kənarlarını alaq otlarından, daşlardan təmizləmiş, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərmişlər.
Qeyd edək ki, qarşıdakı günlərdə də növbəti ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər