Şriftin ölçüsü :

Saytın rəngi :

“Regional medianın inkişafı” mövzusunda tədbir keçirilmişdir.

04 noyabr 2022 | 17:23

4 noyabr 2022-ci il tarixdə Quba rayonunda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Regional medianın inkişafı” mövzusunda tədbir keçirilmişdir. Tədbirdən əvvəl qonaqlar və Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Ulu Öndər Heydər Əliyevin adını daşıdığı parkda xalqımızın Ümumilli Liderinin abidəsini, “Media şəhidləri” parkını, Azərbaycan-Türkiyə Qardaşlıq parkı, Zərdabi qəsəbəsində Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin büstünü ziyarət etmiş, daha sonra “Quba Palace” otelində Quba RİH başçısının müavini Səidə Abasova, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Mübariz Əsgərov və regional media nümayəndələrinin iştirakı ilə görüş, eyni zamanda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova, Bakı Dövlət Universitetinin dosenti Vəfa İskəndərova və region gənclərinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim keçirilmişdir.

Keçidlər