Rəqəmsal İcra Hakimiyyəti Portalı və Elektron Sənəd Dövriyyəsi Sistemi üzrə təlim keçirilmişdir
26 yanvar 2022 | 14:04
Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi" sisteminə qoşulması ilə bağlı keçirilmiş onlayn təlimdə iştirak etmişlər.
Yerli İcra Hakimiyyəti orqanlarında Rəqəmsal İcra Hakimiyyəti Portalı və Elektron Sənəd Dövriyyəsi Sistemi üzrə təlimdə Quba Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş və Hüquq şöbələrinin məsul işçiləri iştirak etmişdir.