Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyev Qubada vətəndaşları qəbul etmişdir.
5 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyev Quba rayonunda vətəndaşların qəbulunu keçirmişdir.
Qəbuldan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyev və Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan parkdakı abidəsinin önünə gül dəstələri qoymuşlar.
Daha sonra isə Quba Heydər Əliyev Mərkəzində qəbul keçirilmişdir.
Rayona səfəri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyev Nazirliyin rayonda fəaliyyət göstərən müvafiq qurumlarında olmuş, bir qrup bölgə gəncləri ilə görüşmüş və şəhid Mehdiyev Surxay Zülfü oğlunun ailəsini ziyarət etmişdir.