Respublika Qan Bankının Quba bölməsinin yeni təyin olunmuş sədri Bağırlı Bağır Xubis oğlu ilə görüş keçirilib.
17 iyun 2025 | 16:01
Quba Rayon İcra Hakimiyyətində Respublika Qan Bankının Quba bölməsinin yeni təyin olunmuş sədri Bağırlı Bağır Xubis oğlu ilə görüş keçirilib. Görüş zamanı Quba rayonunda qan xidmətinin təşkili və əhalinin sağlamlığı naminə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Yeni sədrlə fəaliyyətin daha da səmərəli qurulacağına əminlik ifadə edilib.








