Şriftin ölçüsü :

Saytın rəngi :

Rük kənd inzibati ərazi dairəsinin Söhüb kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir.

25 avqust 2023 | 15:23

25 avqust 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov Rük kənd inzibati ərazi dairəsinin Söhüb kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon Polis şöbəsinin rəis müavini, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Keçidlər