Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qubada vətəndaşları qəbul etmişdir.

09 mart 2023 | 12:21

9 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik cənab Arzu Rəhimov Quba rayon Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir. Qəbuldan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik cənab Arzu Rəhimov və Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, qarşısına gül dəstələri qoymuşlar.

Keçidlər