Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dünənimiz, bu günümüz və sabahımız” adlı tədbir keçirilmişdir.

13 mart 2026 | 16:48

13.03.2026-cı il tarixində Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonü üzrə təhsil sektorunun təşkilatçılığı ilə Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dünənimiz, bu günümüz və sabahımız” adlı tədbir keçirilmişdir.
Tədbir çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən maraqlı sərgilər və təqdimatlar təşkil olunmuş,Qubanın tarixi abidələrini əks etdirən maketlər, eyni zamanda müasir dövrün tələblərinə uyğun ağıllı ev modelləri nümayiş etdirilmişdir. Daha sonra şagirdlər tərəfindən şəhərsalma və memarlığın keçmişdən bu günə inkişafını əks etdirən və memarlığın müasir aspektlərini əhatə edən təqdimatlar edilmişdir.
Tədbirin sonunda isə “Hər binaya bir ağac” adlı ağacəkmə aksiyası keçirilmişdir.

Keçidlər