Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qubada maarifləndirici ziyarət təşkil olunub.

17 aprel 2026 | 15:08
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qubada maarifləndirici ziyarət təşkil olunub.
17 aprel 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin, Quba regional “ASAN xidmət” mərkəzi ASAN könüllüləri təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə qeyd olunan qurumların rəhbər və məsul şəxsləri, tələbələr, gənclər və könüllülər iştirak etmişlər.
Tədbir çərçivəsində iştirakçılar rayonumuzun memarlıq irsinin mühüm nümunələrindən sayılan tarix və dini-mədəniyyət abidələri ilə yaxından tanış olmuş, din xadimləri və mədəniyyət işçilərinin iştirakı ilə bu abidələrin tarixi, memarlıq xüsusiyyətləri və əhəmiyyəti barədə ətraflı məlumat əldə etmişlər.
Ziyarət zamanı iştirakçılar arasında fikir mübadiləsi aparılmış, gənclərin milli-mənəvi dəyərlərimizə marağının artırılmasının vacibliyi vurğulanmışdır. Tədbirin sonunda Quba Soyqırımı Memorial Kompleksində tarix və dini-mədəniyyət abidələrinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, mövzu ətrafında çıxışlar dinlənilmişdir.
Keçidlər