Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin üzvləri və övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilmişdir.

29 dekabr 2023 | 17:30
29 dekabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən “Mələk” uşaq əyləncə mərkəzində şəhid ailələrinin üzvləri və övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik təşkil olunmuşdur. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak etmiş, tədbir iştirakçılarına Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təbrikləri çatdırılmış, onlara bayram hədiyyələri təqdim edilmiş və bildirilmişdir ki, Dünya azərbaycanlılarının həmrəyliyi gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2023-cü ilin yaddaşımızda ən uğurlu il olduğu, bir sutkadan az bir müddətdə lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin təmin olunduğu, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixdə Xankəndidə və digər ətraf ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını yüksəltdiyi qeyd edilmişdir. Tədbir zamanı vurğulanmışdır ki, dövlətimizin başçısı cənab İlham Əliyev şəhid ailələrini daim öz diqqətində saxlayır.
Bayram şənliyi bir-birindən maraqlı və rəngarəng nömrələrlə davam etmiş, azyaşlılar göstərilən diqqətdən məmnun qalmış, tədbir uşaqların ürəyincə olmuşdur.
Keçidlər