Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Alimov Fərid Elçin oğlunun il mərasimi keçirilmişdir.

16 may 2022 | 15:22

Quba rayonunun Yeni Güləzi kəndində ötən il Azərbaycan - İran sərhədində dövlət sərhədinin mühafizəsi zamanı sərhəd pozucuları tərəfindən açılan atəş nəticəsində şəhid olmuş kiçik gizir Alimov Fərid Elçin oğlunun il mərasimi keçirilmişdir. İl mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hərbi qulluqçular, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak etmişlər.

 

Keçidlər