Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cabarov Orxan Hətəm oğlunun il mərasimi keçirilmişdir.

18 noyabr 2022 | 12:42

18 noyabr 2022-ci il tarixdə Quba rayonunun Davudoba kəndində 16 noyabr 2021-ci il tarixdə ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olmuş gizir Cabarov Orxan Hətəm oğlunun il mərasimi keçirilmişdir. Mərasimində Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Mərasim iştirakçıları əvvəlcə Quba rayon Şəhidlər Xiyabanında şəhidin məzarını, ardınca Davudoba kəndində şəhid O.Cabarovun şərəfinə yaradılmış xatirə-bulaq kompleksini ziyarət etmiş, daha sonra isə il mərasimində iştirak etmişlər.

Keçidlər