Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elşən Ərzumanovun üç mərasimi təşkil olunub.

18 may 2025 | 15:50

Şəhid Elşən Ərzumanovun üç mərasimi təşkil olunub.

 

18 may 2025-ci il tarixdə Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçisi Ərzumanov Elşən İsaməddin oğlunun Quba Rayon İcra Hakimiyyəti tərəfindən üç mərasimi təşkil olunmuşdur. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri, regional və digər idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, hərbçilər, din xadimləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Əvvəlcə Quba rayon Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuş, sonra isə qeyd olunan şəxslər ehsan mərasimində iştirak etmişlər.

Keçidlər