Şəhid Həsənov Ümid İlqar oğlu ilə vida mərasimi keçirilmişdir.
14 sentyabr 2022-ci il tarixdə sentyabr ayının 12-də ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Ümid İlqar oğlunun dəfn mərasimi keçirilmişdir. Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Vahid Əhmədov, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, kənd və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əvvəlcə şəhidin cənazəsi Quba rayonunun girişində rayon ictimaiyyəti tərəfindən izdihamla qarşılanmış, sonra şəhidin cənazəsi İsnovqışlaq kəndindəki evlərinə aparılmış, burada vida mərasimi keçirildikdən sonra şəhid İsnovqışlaq kənd qəbirstanlığında dəfn olunmuşdur.