Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Həsənov Ümid İlqar oğlunun anası Həsənova Məxfurə evində ziyarət edilmişdir.

20 sentyabr 2022 | 14:42

20 sentyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev 12-14 sentyabr 2022-ci il tarixlərdə düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Ümid İlqar oğlunun anası Həsənova Məxfurə Ağakərim qızını İsnovqışlaq kəndində evində ziyarət etmiş, onun qayğıları ilə maraqlanmış, şəhidin anası və yaxın qohumları ilə növbəti yas mərasimlərinin təşkili, şəhidin məzar daşının qoyulması və digər məsələlərlə bağlı məsləhətləşmələr aparmışdır. Görüş zamanı şəhidimizin anası və yaxın qohumları ilk gündən etibarən ailəyə göstərilən yüksək diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ümumilikdə ölkə rəhbərliyinə, Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə və ailəyə qayğılarını əsirgəməyən hər bir kəsə təşəkkürlərini bildirmişlər.

Keçidlər