Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimizi qürurla anırıq!

27 sentyabr 2023 | 17:12
“27 Sentyabr - Anım Günü” münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonunun Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun bütün idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Əvvəlcə  şəhidlərimizin məzarları ziyarət olunmuş, onların ruhuna dualar oxunmuş, daha sonra isə tədbirin rəsmi hissəsi keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, millət vəkili Vahid Əhmədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarovaya, Vətən Müharibəsi iştirakçısı, “Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin Regional filialının sədri Ramin Yunusov şəhidlərimizin əziz xatirələrinə dərin ehtiramlarını bildirmiş, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını vurğulamışlar.
Çıxışlardan sonra şəhidlərimizə həsr olunmuş və vətənpərvərlik mövzusunda şerlər səsləndirilmiş, saat 12:00-da rayon ərazisində onların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhid ailələri ilə səmimi söhbət zamanı onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam etmişdir.
Keçidlər