Şəhidlərimizin xatirəsi əbədi yaşayaşcaqdır.
25 iyun 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında yüksək qəhrəmanlıq, igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi hissələr qarşısında qoyulmuş döyüş tapşırıqlarını şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quba rayonundan olan bir qrup hərbi qulluqçusu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Şəhid hərbi qulluqçularımızın göstərdikləri fədakarlığın, vətənpərvərliyin və qəhrəmanlığın dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğullarımız öz şərəfli həyat və döyüş yolu ilə gələcək nəsillərə örnək olmuş, xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazmışlar.
Bu gün dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin əziz tutulması, onların ailələrinə göstərilən diqqət və qayğı Azərbaycan Respublikasında şəhid adına verilən yüksək dəyərin göstəricisidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və qəhrəmanlarımızın xatirəsinin daim yaşadılmasıdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi daim uca tutulsun. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə dərin ehtiram və minnətdarlığımızı bildiririk. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adı Azərbaycan tarixində əbədi olaraq yaşayacaqdır.








