Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar Gənclər Xidməti Qubada

20 oktyabr 2025 | 16:42
 
20 oktyabr 2025-ci il tarixdə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin açılış mərasimi keçirilmişdir.
Layihənin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev və Vətən Müharibəsi qazisi Tariyel Ağasiyev çıxış edərək bildiriblər ki, bu layihə gənclərin inkişafına, onların dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının möhkəmləndirilməsinə, həmçinin region gənclərinin məşğulluq, innovasiya və digər sahələrdəki imkanlardan daha geniş yararlanmasına xidmət edir.
“Səyyar Gənclər Xidməti” çərçivəsində gənclərin sosial aktivliyinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənclər siyasəti ilə bağlı maarifləndirmə, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil ediləcəkdir. Müxtəlif mövzularda təlimlər, intelektual və idman yarışları keçiriləcəkdir.
Keçidlər