“Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda regional konfrans keçirilmişdir.
16 noyabr 2022-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda regional konfrans keçirilmişdir. Konfransdan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Baş Prokurorluğunun idarə rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Natiq Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin adını daşıdığı parkda xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, daha sonra qeyd olunan şəxslərin, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, YAP Quba rayon təşkilatının sədrinin, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətinin rəhbərlərinin, Quba, Qusar, Xaşmaz, Şabran, Siyəzən rayon və Sumqayıt hərbi prokurorluğunun media ilə işləməyə məsul əməkdaşlarınin, bölgə mediasının, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, RİHB-nın İƏD-lər üzrə nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans davam etmişdir. Sonda Quba “Media şəhidləri” parkı ziyarət edilmişdir.