Şriftin ölçüsü :

Saytın rəngi :

“Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda tədbir keçirilmişdir.

13 iyun 2024 | 16:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik” ili çərçivəsində iyun ayının 13-də Quba Rayon İcra Hakimiyyətinin iclas zalında “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin rəhbərləri iştirak etmişdir.

Keçidlər