“Sülh aylığı” çərçivəsində dəyirmi masa təşkil olunmuşdur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh aylığı” çərçivəsində həyata keçirilmiş silsilə tədbirlər çərçivəsində aylığın yekunu ilə əlaqədar 22 sentyabr 2026-cı il tarixdə Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri, RİH başçısının rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri, Heydər Əliyev Mərkəzinin direktoru və əməkdaşları, Quba 1 saylı Mediasiya Təşkilatının direktoru tərəfindən rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə rayon ərazisində sülhün, əmin-amanlığın, asayişin, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin təhlili, eləcə də həyata keçirilməsi zəruri olan tədbirlər və koordinasiya olunmuş fəaliyyət perspektivləri mövzusunda müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.








