“Şuşa, sən azadsan!” mövzusunda tədbir keçirilmişdir.
25 noyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, YAP Quba rayon təşkilatının və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin respublikamızda “Şuşa İli” elan edilməsi ilə əlaqədar “Şuşa, sən azadsan!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının məsul şəxsləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, gənclər və məktəblilər iştirak etmişdir.